Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Pomidor-xiyar bu tarixdən sonra ucuzlaşacaq

Tarix: 18-05-2022 15:48     Baxış: 3186 A- / A+
Pomidor-xiyar bu tarixdən sonra ucuzlaşacaq
"Mövsümi meyvə və tərəvəzlərlə bağlı qiymətlər həmişə ilkin zamanlarda yüksək olur. Ola bilər ki, 10-20 gündən sonra olmasa da, iyuna doğru qiymətlərdə ucuzlaşmanı hiss edək”.
Manevr.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında iqtisadçı-ekspert Vahid Məmmədov bildirib. Ekspert xüsusilə pomidor və xiyarın qiymətində yüksəlmələrin olduğunu və bu həddin yaxın zamanda aşağı düşməyəcəyini deyib:
"Məhsul bolluğu yaranan kimi bazar iqtisadiyyatı qaydaları işə düşür. Nə qədər çox məhsul bazara çıxıralırsa, qiymət bir o qədər aşağı olur. Bu il pomidor ixracında ciddi yüksəlmə var. Bu da təbii olaraq Rusiya ilə bağlı olan məsələdir. İxracat artdığı zaman daxildə məhsulların satışı ilə bağlı problemlər götrürük. Bu, qiymətlərə də öz təsirini göstərir. Ona görə daxildə bahalaşmanın qarşısnın alınması üçün istehsalı çoxaltmalıyıq. İstehsal artarsa, qiymətlər də ucuz olacaq”.
Ekspert alverçilərin qiymətlərin düşməməsində mühüm rol oynadığını da sözlərinə əlavə edib:
"Fermerlər yox, kənd təsərrüfatı ilə məşğul olanlar, alverçilər çalışırlar ki, məhsullarını hissə-hissə bazara çıxarsınlar ki, bolluq yaranmasın və bu, qiymətlərə mənfi təsir göstərməsin. Lakin çox güman may ayının sonlarından, iyunun əvvəllərindən ucuzlaşma olacaq”.
Qeyd edək ki, bazarlarda pomidorun bir kiloqramının qiyməti 3-5 manat arasında, xiyarın qiyməti isə 2-3 manat arasında dəyişməkdədir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar