Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kəşfiyyatdan UNO-larla bağlı şok iddia – Ölkələrə xəbərdarlıq edildi

Tarix: 18-05-2022 13:28     Baxış: 4220 A- / A+
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Brey ABŞ hərbçilərinin uzun müddətdir müxtəlif yerlərdə və vaxtlarda müşahidə edilən UNO-larla əlaqədar araşdırma apardıqlarını deyib.
“Milli Kəşfiyyat Xidmətinin ilkin hesabatı açıqlanandan bəri naməlum hava hadisələri ilə bağlı xəbərdarlıq 400-ə çatıb. Kəşfiyyatın keçən ilki hesabatında 2004-2021-ci illərdə cəmi 144 belə xəbərdarlığın qeydə alındığı qeyd olunub”, - Brey vurğulayıb.
Bir neçə il ara ilə fərqli bölgələrdə çəkilmiş iki şəkli göstərən Brey gecə görmə cihazları və xüsusi kameralarla (SLR) qeydə alınan işıqların üçbucaqlı olduğunu söyləyib.
Brey çoxlu sayda naməlum obyektlərin görüldüyünü və bunların ABŞ donanması tərəfindən də müşahidə edildiyini deyib.
Bunların bəzilərinin sensor anomaliyaları və ya fiziki olmayan bir şey ola biləcəyinə də diqqət çəkən Brey bununla belə qeyd edib ki, bunların çoxu fiziki cisimlərdir.
O, həmin naməlum obyektlərin radarlara da düşdüyünü iddia edib. Brey bu olayların Çin tərəfindən də müşahidə edildiyini vurğulayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat rəsmisi bununla bağlı məlumatları bəzi ölkələrlə bölüşdüklərini bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar