Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

Tarix: 18-05-2022 12:43     Baxış: 4190 A- / A+

Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub.
Manevr.az "qafqazinfo"ya istinadən bildirir ki, Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü S.Sadıqov Sübhan adlı dostuna məxsus "Opel" markalı avtomobillə Bakı-Sumqayıt yolu ilə hərəkətdə olarkən pəncərədən küçəyə yüz manatlıqlar səpməyə başlayıb. Bunu görən polis əməkdaşları onu saxlamağa çalışıb. Lakin S.Sadıqov və dostu polisin qanuni tələbinə məhəl qoymayaraq avtomobillə uzaqlaşmağa çalışıblar. Polislərin təqibindən sonra onları Səbail rayonu Lermantov küçəsində yaxalamaq mümkün olub. Bu zaman Sübhan maşından düşərək qaçsa da, S.Sadıqov yaxalanıb. Avtomobildən xeyli miqdarda saxta manatlıq və dollar əsginaslar aşkar edilib.
Saxlanılan şəxs bildirib ki, saxta pulları "Tarqovı"da 150 ədədinə 15 manat verərək alıb.
Onun barəsində Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol açılıb və məhkəməyə göndırilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə S.Sadıqova 8 sutka inzibati həbs cəzası verilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar