Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Laçın Azərbaycanın nəzarətinə keçir – Sülhməramlılar yolumuzdan çəkilir

Tarix: 18-05-2022 11:57     Baxış: 4245 A- / A+
"Əlbəttə, alternativ yol bitdikdən sonra Rusiya sülhməramlıları Laçın ərazisində mövcud olan hərbi infrastrukturlarını yeni çəkilən dəhlizə köçürəcəklər”.
Manevr.az xəbər verir ki, bu sözləri  Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.
Hərbi analitikin sözlərinə görə, Ermənistanla sərhəddən, Zabux dərəsindən, eləcə də Sus kəndindən keçən köhnə dəhliz Azərbaycana təhvil veriləcək:
“Bunun üstünlükləri ondan ibarətdir ki, ilk növbədə, Azərbaycan Ermənistanla olan sərhədlərini bərpa etmək imkanı qazanacaq. İkincisi, Laçın rayonu və bu dəhliz ərazisində yerləşən kəndlərin yenidən bərpası üçün imkanlar əldə edəcəyik. O cümlədən Laçın rayonunun mərkəzində Azərbaycan bayrağı dalğalanacaq. Bundan başqa, Azərbaycanın maşın karvanları Rusiya sülhməramlılarının müşayiəti olmadan bu yolda sərbəst hərəkət edəcək. 
Bir sözlə, təkcə Laçınla Şuşa yox, həm də Laçınla Kəlbəcər arasındakı şimal istiqamətində yolumuz açılmış olacaq. Hazırda Laçına Kəlbəcərdən keçməklə daha uzun marşrutla hərəkət edirik, sülhməramlılar oradan çıxdıqdan sonra sərhədboyu dairəvi yol maneəsiz işləyəcək”.
“Bu yolun tikintisi isə orada mövcud olan hərbi infrastrukturumuzun inkişaf etdirilməsinə, orada yerləşən qoşunlarımızın təminat və təchizatında mühüm addımlar atmağa imkan verəcək. Belə olan halda Laçın şəhərinin Azərbaycana təhvil verilməsi artıq şərtdir və bununla hərbi-strateji qazanclar əldə edəcəyik.
Mən yeni çəkilən yolun keçdiyi ərazilərə də baxmışam. Laçın kəndlərinin yaxınlığından keçsə də, onların heç biri kənd ərazilərindən keçmir. Əgər indiki yol Laçın rayonunun daxilindən Şuşaya qədər keçirdisə, yeni yol tamamilə dağlıq ərazilərdən uzanacaq və heç bir yaşayış məntəqəsinə toxunmayacaq”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar