Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Polis olduğunu deyən xanımın taksi sürücüsü ilə mübahisəsi haqda - Açıqlama

Tarix: 17-05-2022 22:38     Baxış: 4177 A- / A+
Polis olduğunu deyən xanımın taksi sürücüsü ilə mübahisəsi haqda
Sosial şəbəkələrdə taksi sürücüsü ilə xanım sərnişinin mübahisəsini əks etdirən görüntülər yayılıb.

Görüntülərdə sərnişin taksi sürücüsünə telefonla danışmağı irad tutur. İlkin ehtimala görə, qadın gediş haqqını verməkdən imtina etdiyi üçün mübahisə böyüyür. Xanım sərnişin polis zabiti olduğunu deyib, pulu taksi sürücüsünün üstünə ataraq maşından düşür.

Qeyd olunan görüntülərlə bağlı DİN Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə aprelin 22-də Nizami rayonu ərazisində baş verib:

"Mübahisə tərəfləri qarşılıqlı olaraq polisə müraciət ediblər. Yanında azyaşlı övladı olan qadın avtomobilin yüksək sürətlə idarə edilməsinə görə iradından əsəbiləşən sürücü Ə.Mustafayev arasında mübahisə yaranıb. Müraciətlərə müvafiq polis bölməsində baxılmaqla, araşdırma aparılıb.

Araşdırma zamanı hər iki tərəf izahat ərizələrində göstərdikləri xüsusatları təsdiq ediblər. Araşdırmanın gedişində tərəflər ərizə ilə təkrar müraciət edərək  barışdıqlarını və şikayətlərinin olmadığını bildiriblər".

DİN-dən bildirilib ki, araşdırmalarla özünü polis zabiti kimi təqdim edən xanımın əslində polis olmadığı müəyyənləşdirilib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar