Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rektor tələbələrlə görüşüb -ŞƏKİL

Tarix: 17-05-2022 19:34     Baxış: 265 A- / A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov tələbələrlə görüş keçirib.
Aİİ rektoru, dosent Aqil Şirinov tələbələrə ali təhsil müəssisəsinin yeni binasında uğurlar arzulayıb. İnstitutun dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran rektor tələbələrə qarşıda duran məqsəd və hədəflərdən bəhs edib. A.Şirinov təhsilalanlara dərslərində fəal olmağı, dərin biliklərə yiyələnməyi tövsiyə edib.
İnstitut rəhbəri daha sonra qeyd edib ki, təhsilalanların yüksək dini və dünyəvi elmlərə yiyələnmələri üçün Aİİ-də təhsil sistemi müasir dövrün tələblərinə uyğun qurulub. 
Ali təhsil müəssisəsinin rəhbəri daha sonra tələbələrə tövsiyələrini bildirib, gənclər üçün təşkil olunacaq yarışlar və səfərlər haqqında məlumat verib.
Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov bildirib ki, tələbələrin təhsil dövründə mükəmməl öyrəndikləri gələcəyə etibarlı yatırımdır. Azərbaycan xalqının bu sahədə yüksəkixtisaslı, savadlı, milli məfkurəyə sahib, dürüst kadrlara ehtiyacı var. 
Tədbirdə tələbələrin tədris prosesi, təlim, təhsil və sosial məsələlər ətrafında sualları cavablandırılıb.






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar