Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevlə bağlılığı olan şirkəti məhkəməyə verdilər

Tarix: 17-05-2022 16:36     Baxış: 4339 A- / A+

Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan “KASPİAN TELEKOM” MMC-yə qarşı məhkəmə iddiası qaldırılıb.

Manevr.az yeniavaz.com-a istinadən xəbər verir ki, “KASPİAN TELEKOM” MMC-yə qarşı məhkəmə iddiası “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi tərəfindən qaldırılıb.
Bu ilin mart ayından qaldırılan iddia üzrə daha əvvəl dörd dəfə iclas təyin olunsa da, baş tutmayıb. Növbəti məhkəmə iclasının 31.05.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə keçiriləcəyi bildirilir.
Məhkəmə iddiası əqli mülkiyyət hüquqi ilə əlaqədar mübahisələrə əsasən qaldırılıb.
Məlumat üçün bildirək ki, “KASPİAN TELEKOM” MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, bank sektoruna, fiber-optik texnologiya bazasında ən müxtəlif İKT xidmətləri göstərir. “KASPİAN TELEKOM” MMC eyni zamanda “Ailə TV” kabel televiziyası və “Ailə NET” internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir.
Şirkət tərəfindən açıqlanan məlumatda göstərilir ki, “KASPİAN TELEKOM” MMC Azərbaycan ərazisində fəaliyyət göstərən ən geniş miqyaslı fiber-optik infrastruktura malik olan və SWIFT xidmətini göstərən ən böyük şirkətdir.
28.07.2005-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 1020 manat təşkil edir. MMC-nin hüquqi ünvanı “İstiqlaliyyət küçəsi, ev 11, mənzil 17”də yerləşir.
Qeyd edək ki, “İstiqlaliyyət küçəsi, ev 11” ünvanı eyni zamanda Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kəmalə Əliyevanın və nəvəsi Fidan Əliyevanın qeydiyyatda olduğu ünvandır.
“KASPİAN TELEKOM” MMC-nin qanuni təmsilçisi isə Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.
Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Əliyev Fikrət Əlisəftər oğlunun vaxtı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən qısa müddət sonra Fikrət Əliyev AMEA İşlər idarəsinin müdir müavini təyin olunub.
Ramiz Mehdiyevə bağlı olduğu bildirilən “KASPİAN TELEKOM” MMC-ni məhkəməyə verən “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi isə 17.05.1999-cu ildə 32 kinorejissorun təşəbbüsü ilə təsis edilib. Hazırda İctimai Birliyin İdarə heyətində Ramiz Rövşən, Siyavuş Kərim, Ramiz Həsənoğlu kimi Azərbaycanın tanınmış şəxsləri yer alır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar