Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda yürüş: LGBT bayrağı qaldırdılar, polisə qarşı şüar dedilər və dağılışdılar - ŞƏKİL

Tarix: 14-05-2022 18:41     Baxış: 3177 A- / A+
Bakıda yürüş: LGBT bayrağı qaldırdılar, polisə qarşı şüar dedilər və dağılışdılar - FOTO
Bu gün “Fəvvarələr meydanı”nda bir qrup siyasi fəal yürüş keçirib.
Manevr.az-ın məlumatına görə, yürüşdə bir qrup ictimai-siyasi fəal, qadın aktivistlər, LGBT üzvləri  iştirak ediblər.
Milli Şuranın bir neçə funksioneri aksiyada olsalar da, əsas fəallığı gənc aktivistlər ediblər.

Qeyd etmək yerinə düşər ki, aksiya sosial şəbəkələrdə, həmçinin bir neçə internet  tv-də, o cümlədən " Amerikanın səsi" və "Azadlıq" radiolarında bir həftə boyunca geniş təbliğ olunub. 
Buna baxmayaraq, aksiyada sosial mediada tanınmış  tənqidçi dairədən başqa iştirakçı gözə dəyməyib. Yəni, aksiyada olanlar hamısı bir-birini yaxşı tanıyan adamlar idilər.

Bəzi aktivistlərin isə aksiyaya  jurnalist gödəkcələri ilə qatıldıqlarını müşahidə etmək mümkün idi. 
Aksiya dinc şəraitdə keçib. Polis mühafizəsi ilə yürüş qarşıdurma baş vermədən başa çatıb.
İştirakçılar "Adam olun, polis olmayın", Polislər cinayətkar, kor, laldırlar" kimi şüarlar qaldırsalar da, polis yürüş iştirakçılarına etik davranıb, aksiyanın gedişinə müdaxilə etməyib.
Yürüşdə LGBT bayraqları qaldırılması da diqqət çəkib. Eyni zamanda LGBT üzvlərini təhqir edən “Petuxlar mafiya sistemə qarşı” kimi şüarlar da qaldılıb.

Aksiyanın sonunda qadın aktivist Gülnarə Mehdiyeva yürüşün bəyanatını oxuyub. Bəyanatda dövlət qurumları Tofiq Yaqublu, Bəxtiyar Hacıyev, Əvəz Hafizli və jurnalist Aytən Məmmədova ilə bağlı işlərə ədalətli araşdırma aparıb, tədbir görməyə çağırılıb.
Bundan sonra aksiya iştirakçıları özləri yürüşün başa çatdığını bildirib və dağılışıblar./Lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar