Sizin Reklam Burada
Xəbər lenti
18-05-2022
BÜTÜN XƏBƏRLƏR

Deputat Müşfiq Məmmədli Sumqayıt Tibb Mərkəzinin kollektivi ilə görüşüb - Şəkillər

Tarix: 14-05-2022 15:01     Baxış: 337 A- / A+
Deputat Müşfiq Məmmədli bu gün Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin fəaliyyəti ilə tanış olub kollektivlə görüş keçirib.
Manevr.az-ın xəbərinə görə, ilk olaraq Tibb müəssisəsinin baş həkimi Təranə Mansurova çıxış edərək görülən işlər barədə məlumat verdi. Vətəndaş məmnunluğunu təmin etmək məqsədilə qurulan iş prinsipini diqqətə çatdırdı. Daha sonra çıxış edən millət vəkili dövlət tərəfindən aparılan tibb siyasəti haqda danışdı.
Deputat Müşfiq Məmmədli bildirdi ki, tibb sahəsi daim ölkə rəhbəri cənab Prezident İlham Əliyevin, həmçinin 1-ci vitse prezident xanım Mehriban Əliyevanın diqqətindədir. Həkimlərin məvaciblərinin artımı, tibb müəssisələrində yenidənqurma işləri, yeni, müasir aparatlarla təchizat buna əyani sübutdur. 
Vətəndaşlarımıza yüksək xidmət göstərilməsi üçün səhiyyə işçiləri də əlindən gələni etməlidirlər və edirlər. Vətəndaş yaşadığı bölgədə yüksək səviyyədə tibbi xidmət almalıdır. Qarşıya qoyulmuş hədəflərə çatmaq üçün neqativ hallar aradan qaldırılmalıdır. Koronavirusla mübarizədə Sumqayıt səhiyyə işçilərinin əməyini yüksək qiymətləndirən Müşfiq Məmmədli  hər bir şəxsə təşəkkürünü bildirdi. Sonda təklif və problemlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparıldı.

Manevr.az









Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

{sape_links}{sape_article}