Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kitablar ƏDV-dən azad olundu: Qiymət ucuzlaşacaq? - AÇIQLAMA

Tarix: 14-05-2022 14:55     Baxış: 4159 A- / A+
Kitablar ƏDV-dən azad olundu: Qiymət ucuzlaşacaq? - AÇIQLAMA
Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən, kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunub. Artıq bu məhsullardan 18 faiz ƏDV tutulmayacaq.

Kitabsevərlər üçün sevindirici olan bu qərarın daha hansı müsbət dəyişikiklərə səbəb olacağı isə günün aktual sualıdır. 

Manevr.az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov bu qərarın kitabların qiymətində də ucuzlaşmaya səbəb olacağını deyib:

"Azərbaycan dilində lazımi kitabların tapılması müstəqilliyin ilk günlərindən başlayaraq, son illərə qədər ciddi problem olaraq qalırdı. Səbəb tərcümə, termin problemi, oxucunun azlığı və istəksizliyi ilə bağlı idi. Ən böyük problem isə maliyyə problemi idi. İstər tərcümə edilən, istərsə də yeni yazılan kitabların ərsəyə gəlməsi üçün xeyli vəsait lazım olur. Buna görə də zaman-zaman həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının ƏDV-dən azad edilməli olduğunu deyirdik.
 
Cənab Prezident tərəfindən 2021-ci ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklikdən sonra bu qərarı verməsi və Nazirlər Kabinetinin qərarı təsdiqləməsi kitabsevərlər üçün sevindirici oldu”.

Ekspertin sözlərinə görə, kitab oxumaq həvəsi insanların özlərinə bağlıdır, amma bu qərar kitab sənayesinin inkişafına təkan verəcək:

"Fərq etməz ki, kitabı satdığı üçün sevirlər, ya oxuduqları üçün, əsas odur ki, kitab satana da, onu oxuyana da faydası olacaq. Çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini azaltmaqla kitab sənayesinin inkişafına təkan verəcək. Hər halda ilkin ehtimal budur. Çünki ƏDV-dən azad etmə bir sahənin inkişafı üçün ən yaxşı dəstək formasıdır. Amma insanların telefonlardan və tiktokdan gözünü ayırıb kitab oxumaq həvəsi artmasa, nəinki ƏDV-dən azad etmək, heç subsidiyalaşdırmaq da kitab sənayesini inkişaf etdirə bilməz”, - deyə bildirib.(Bizim.media)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar