Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın 6 şərtinə Bakıdan reaksiya: “Gərək İrəvan “hə” desin”

Tarix: 14-05-2022 12:30     Baxış: 4193 A- / A+
 
2022/05/pasin-1652515276.jpg“Ermənistanın hazırda yeritdiyi siyasət başıpozuq bir siyasətdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.
O, Ermənistan tərəfinin irəli sürdüyü 6 şərtlik maddə haqqında söhbət açıb. Ekspertin sözlərinə görə, bu kursun əvvəli var, amma axırı görünmür:
“Bir tərəfdən, Paşinyan hökuməti boşluqları doldurmaqla məşğuldur, digər tərəfdən də, daxili aləmdə onların çox gərgin bir mübarizəsi var. Sonrasında revanşist qüvvələr, parlamentdə təmsil olunmuş 2 blok – bunların hamısı istər-istəməz birləşiblər. Onların ideya qardaşlığı yoxdur. Hamısı ayrı-ayrı adamlar və məramlar ətrafında birləşiblər.
Ancaq yeganə onları birləşdirən qüvvə Paşinyan hakimiyyətinin devirilməsidir. Ona görə də, Paşinyan hakimiyyəti istər-istəməz onların bu çalışmalarına rəvac verir. Əgər hazırkı erməni iqtidarı qətiyyətlə hərəkət etsə, bildirsə ki, Azərbaycana iddiaları yoxdur və Qarabağ məsələsi bütövlüklə Azərbaycanın səlahiyyətində olan məsələsidir, bu ayrı. Lakin o bilir ki, müxalif qüvvələrin elə siyasətləri var ki, camaatı qızışdırıb ortaya çıxara və küçələrə ata bilər.
Gördüyünüz kimi, etiraz aksiyalarına qatılanların sayı bir o qədər çox deyil. Çoxluq Paşinyanın ətrafındadır, çünki onlar müharibədən doyublar, qarşıdurmadan beziblər və çalışırlar ki, ölkə daxilində Paşinyanın bunlar üçün vəd etdiyi güzəranı və sosial rifahı təmin etsinlər”.

Mütəxəssis onu da vurğulayıb ki, Paşinyan bu məsələyə tam köklənə bilmir:
“Çünki daxili aləmdə onun mübarizə aparacağı kəslər çoxdur. Koçaryan, Sarkisyan, Sağatelyan, Vanetsyan, “Daşnaksutyun” və s. – bunların hamısını dəf etməkdən ötürü o gərək arxaya baxmadan irəli getsin. Elə ona görə də, daxili aləmdəki bəzi başıpozuq insanların gözləntilərinə cavab olaraq belə bir ifadəni əlavə edib ki, “biz Qarabağda yaşayan ermənilərin hüquqlarını Azərbaycanla müzakirə edəcəyik”.
Azərbaycanın isə bu məsələyə münasibəti bəllidir. Prezidentin dediyi kimi, bu məsələ bizim məsələdir və sizin Qarabağa heç bir aidiyyətiniz yoxdur. Əgər Qarabağda yaşayan bir ovuc erməni silahı yerə qoyub Azərbaycan konstitusiyanı qəbul edəcəksə, yaxud silahı yerə qoymayıb rədd olub gedəcəklərsə, onda heç bir problem yaşanmayacaq. Çünki bu, bizim daxil gündəliyimizin məsələsidir”.

“Odur ki, belə şəraitdə Paşinyan daxili müxaliflərlə liberallıq etməsin və qətiyyətlə irəli getsin. O bilir ki, Emrənistanın xilası Azərbaycanın və Türkiyə ilə barışıqdan keçir. Ermənistanın ağır blokada şəraiti isə onunla bağlıdır ki, erməni xalqı və xaricdən bunlara rəvac verən başıpozuq ünsürlər Qarabağ məsələsində Ermənistanı qurban veriblər. Çünki bu ölkənin inkişafı yoxdur və yerində sayır. Olan qalan imkanlarını xaricdən alıblar, yarısını oğurlayıblar, yarısını da Qarabağın mübarizəsinə yönəldiblər, silah-sursat alıblar. O taktikanın özünün də hansı məna daşımasının biz şahidi olduq.
Ona görə də, indi də elə bir məqamdır ki, rəsmi İrəvan gərək Azərbaycanla barışığa hə desin, heç bir şərt irəli düşmədən danışıqlara başlasın ki, ərazi bütövlüyümüzü tanısın”, - deyə müsahibimiz yekunlaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar