Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kreml qıcıqlanır: Koçaryan və Sarkisyan biabır olacaq?

Tarix: 13-05-2022 22:20     Baxış: 3172 A- / A+

“Ermənistanın baş naziri Nikol Paşinyanın Qərblə həddindən artıq yaxınlaşması və Avropa ilə oyunlar qurması, eləcə də Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseli Azərbaycanla danışıqlar platforması kimi qəbul etməsi Moskvanın müəyyən dairələrini qıcıqlandırır”.
Manevr.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib. 
Millət vəkili bildirib ki, elə buna görə də keçmiş hakimiyyətə - Robert Koçaryan və Serj Sarkisyanın timsalında onların agentlərinə aranı qatmaq üçün “icazə” verilib:
“Çünki müxalifət Ermənistan parlamentində azlıq təşkil edir və Paşinyan hökumətinə qarşı “küçə təzyiqi” təşkil etmək üçün bu say azdır.  Onlar heç nə edə bilmirlər. Yerli müxalifətçilər Rusiya qarşısında xarici siyasət dəstəyinin qaçılmaz olaraq zəifləyəcəyini görərək fəallaşıblar.  Vaxt və resurslar varkən hakimiyyətə qayıtmağa və ya ən azından “mənfur Paşinyan”ı aradan götürməyə çalışırlar. Açığı, yerli standartlarla aparılan təşkilati işlərə və külli miqdarda vəsait xərclənməsinə baxmayaraq, müxalifət hələ də etirazçı tərəfdarlarını silkələməyə müvəffəq olmayıb”.
Rasim Musabəyov düşünür ki, Nikol Paşinyanın rəqiblərinə son çarə kimi ordunun prosesə cəlb edilməsi və ya terror qalıb:
“Ancaq bu, onlara arzu olunan nəticəni verməyəcək. Nikol Paşinyanın terrorçular tərəfindən fiziki olaraq məhv edilməsi isə Ermənistanı dünyadan tamamilə təcrid edə bilər. Üstəlik, bu addım iqtisadiyyatın və dövlətçiliyin çökməsinə gətirib çıxarar. Deməli, Nikol Paşinyan rəqiblərinə qarşı kobud səhvlərə yol verməsə, təmkin və realizm nümayiş etdirsə, o və hökuməti ayaq üstə qalacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar