Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

İsmayıllıda “Şuşa ili”nə həsr olunmuş tədbir keçirilib

Tarix: 13-05-2022 19:41     Baxış: 3416 A- / A+
"2022-ci ilin ölkəmizdə Şuşa İli elan olunması haqqında" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2022-ci il tarixli sərəncamına əsasən, İsmayıllı rayonu T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbinin tədbirlər planına uyğun olaraq  İsmayıllı Rayon Qalacıq kənd tam orta məktəbində  "Şuşa ili" çərçivəsində "Şuşa Qarabağın İncisidir" adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şuşanın tarixi və mədəni irsinə həsr olunmuş tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Rusan Qasımov Şuşanın Azərbaycan mədəniyyətində və tariximizdə tutduğu yüksək mövqe haqqında fikirlərini bildirib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində qazanılan şanlı Zəfərdən bəhs edib. Bildirib ki, doğma Qarabağın, o cümlədən Azərbaycan mədəniyyətinin paytaxtı Şuşanın düşmən işğalından azad olunmasının hər birimizə sonsuz fəxarət və qürür hissləri bəxş edir. Tariximizə Zəfər günü kimi həkk olan Şuşa qalibiyyətinin xalqımızın qəhrəmanlıq dastanına çevrildiyini və daim xatırlanacağını vurğulayan məktəb direktoru torpaqlarımızın azadlığı uğrunda canından keçən ölməz şəhidlərimizə rəhmət, qazilərə isə şəfa diləyib.  
 Tədbirdə çıxış edən şagirdlər Şuşa şəhərinin yaranması və tarixi haqqında iştirakçılara məlumat veriblər, şeirlər səsləndiriblər. Məktəblilərin təqdimatında Xalq Şairi Səməd Vurğunun “Vaqif” dramından ədəbi-bədii kompozisiya təqdim olunub. 
Sonda təqdim edilən “Şuşanın dağları” musiqisinə hazırlanmış rəqs və “Qarabağ” mahnıları da izləyicilərin marağına səbəb olub.






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar