Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xarkova kassetli raket atılmasına komandanlıq edən Rusiya generalının adı açıqlanıb

Tarix: 13-05-2022 15:17     Baxış: 4241 A- / A+




Ukraynanın Xarkov vilayətinin qadağan olunan kassetli sursatlarla atəşə tutulması əmrini Rusiya ordusunun general-polkovniki Aleksandr Juravlyov verib.
Manevr.az xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.
Bildirilib ki, onun əmri ilə Rusiya ordusu Ukraynanın ikinci ən böyük şəhəri sayılan Xarkovda yaşayış məhəllələrinə “Smerç” reaktiv yaylım atəş sistemindən kasset başlıqlı 300 mm mərmilərini atıb. Bu mərmilər futbol meydançası sahəsi ölçüsündə 72 döyüş elementi üzrə 32 832 qəlpə buraxır. Bu silah vasitəsilə Xarkovda evlər dağıdılıb, qəlpələr insanları öldürüb, yaralayıb.
CNN fevralın 27-28-də Xarkova 11 “Smerç” raketinin atıldığını bildirib. Bu raketlərin hamısı Rusiyanın Belqorod şəhərində yerləşən 79-cu reaktiv artilleriya briqadasına məxsusdur. Bu ordu hissəsi Rusiyanın Qərb Hərbi Dairəsinə daxildir. Ona general-polkovnik Aleksandr Juravlyov komandanlıq edir.
Məlumata görə, Rusiya Müdafiə Nazirliyi Suriyada da kassetli sursatlardan istifadə edib. Suriyanın Hələb şəhəri kimi, Xarkov da Rusiya hərbçilərinin “Smerç” atəşinə məruz qalıb. Hələbin raket atəşinə tutulmasına Juravlyov başçılıq edib. Rusiya Müdafiə Nazirliyi onda Hələbi raket atəşinə tutmasını təkzib etmişdi.“report” 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar