Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Tarix: 13-05-2022 11:39     Baxış: 3194 A- / A+
13 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında çıxış edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, çıxışda nazir Ceyhun Bayramov, təşkilata səmərəli sədrliyinə görə Qazaxıstan tərəfinə təşəkkür edib və MDB çərçivəsində əməkdaşlıq məsələlərini qarşılıqlı anlaşma şəraitində müzakirəsinə, habelə beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparmağa imkan verən iclasın yüksək səviyyədə təşkilinə görə Tacikistana təşəkkür ifadə edib.
Nazir, MDB formatında ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin uğurla inkişafını qeyd edib. O, cari ildə Birliyə üzv olan bir çox dövlətlərin əlamətdar tarix olan - diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu yubileyin ölkələrimizin keçdiyi yola nəzər salmaq, keçmişdən dərsləri öyrənmək, çoxillik əməkdaşlığın nəticələrini yekunlaşdırmaq və gələcək üçün planları müəyyən etmək üçün yaxşı fürsət olduğu bildirilib.
Ceyhun Bayramov, iclasın gündəliyinə uyğun olaraq MDB-yə üzv dövlətlər arasında, o cümlədən humanitar sahədə gələcək əməkdaşlığı təşviq edən bir sıra sənədlərin qəbulunun nəzərdə tutulduğunu vurğulayıb. Azərbaycanın təhsil, elm, mədəniyyət, səhiyyə, turizm, gənclərlə iş və digər sahələrdə əməkdaşlıq üçün formatları faydalı hesab etdiyi qeyd edilib.
Çıxışında nazir Ceyhun Bayramov, həmçinin iclas iştirakçılarını bölgəmizdəki münaqişədən sonrakı vəziyyət barədə məlumatlandırıb. Münaqişənin keçmişdə qaldığı və hazırda əsas vəzifəmizin işğaldan azad edilmiş ərazilərimizi yenidən dirçəltmək, iqtisadi və kommunikasiya əlaqələrini bərpa etməklə uzunmüddətli sülh və sabitliyi təmin etmək olduğu diqqətə çatdırılıb. Nazir, Azərbaycan Respublikasının Ermənistanla münasibətləri normallaşdırmağa, o cümlədən sülh sazişinin imzalanmasına və sərhədlərin delimitasiyası prosesinin başlanmasına hazır olduğunu qeyd edib. Bununla bağlı, sülh sazişi üzrə danışıqlar prosesinin başlanması istiqamətində addımların atıldığı, o cümlədən iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə milli komissiyaların sədrləri və formatının müəyyənləşdirildiyi bildirilib. Azərbaycan tərəfinin sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirmək əzmində olduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar