Xəbər lenti
Böyük idmana aparan yol

İdmanın belə qiymətli, belə ecazkar bir “həkim” olduğunu bilən, həyatını, uşaqlığını idmana bağlayanlardır Lalə və Nazənin Quliyeva bacıları. Onlar idmanı çox sevirlər. Erkən yaşlarından idmanla məşğuldurlar. Gələcəkdə də bu sahədə böyük nailiyyətlər qazanmaq arzusundadırlar. Buna görə də var gücləri ilə çalışırlar. Lalənin 4 yaşı var. O, 31 mart – Azərbaycanlıların Soyqırırmı günü həsr olunmuş karate üzrə açıq turnirdə brinci yeri qazanıb. Nazəninin isə 7 yaşı var. Sumqayıtdakı 36 nömrəli tam orta məktəbdə təhsil alır. O da adıçəkiln yarışda qalib olub və aprelin 3-də İsmayıllıda keçiriləcək respublika çempionatına lisenziya qazanıb. Bu yarışda da qalib gələrsə, may ayında karate üzrə dünya çempionatında iştirak etmək hüququ qazanacaq.
Hər iki qızın atası Sərhəd Quliyev tanınmış idmançıdır. Peşəkar döyüşlərin qalibidir, Dünya və Avropa çempionudur. Övladlarına yaxından dəstəkdir. O deyr ki, idmana dövlət qayğısı və şəxsən ölkə başçısı cənab İlham Əliyevin diqqəti bizi yeni qələbələrə səsləyir. Respublikamız artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu, həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. İdmançılar hərtərəfli qayğı ilə əhatə olunub ki, bu da beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır.
Biz də öz növbəmizdə Sərhəd Quliyevin yeniyetmə idmançı qızlarına can sağlığı, təhsillərində və gələcək həyatlarında uğurlar arzulayırıq!
İlhamə Məhəmmədqızı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar