Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan çempionatları tarixinin rekordu təkrarlandı

Tarix: 20-03-2022 11:14     Baxış: 4221 A- / A+
Azərbaycan çempionatları tarixinin rekordu təkrarlandı

Futbol üzrə Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb.
Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, buna "Neftçi" klubu nail olub.
"Ağ-qaralar"ın daha üç futbolçusu Premyer Liqanın cari mövsümündə qol hesabını açıb. XX turda "Qəbələ”yə 4:0 hesabı ilə qalib gələn komandanın heyətində Eddi İsrafilov, Mamadu Mbodj və Gilyerme Pato fərqlənib. Bununla da Bakı klubunda çempionatın cari mövsümündə qol vuran futbolçuların sayı 18-ə çatıb.
Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixinin rekord göstəricisidir. "Neftçi” 2008/09 mövsümündə "İnter”in (indiki "Keşlə”) rekordunu təkrarlayıb. Həmin vaxt paytaxt təmsilçisinin 18 üzvü qol sevinci yaşayıb.
Son ölkə çempionunun əvvəlki rekordu 16-ya bərabər olub. 2008/09 və 2013/14 mövsümlərində 16 futbolçu rəqib qapısına yol tapıb. "Ağ-qaralar”ın hələ qol vurmayan futbolçuları qarşıdakı 8 turda fərqlənsə, mütləq rekord da qeydə alına bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar