Xəbər lenti
Ronaldu Trampa görə sərvətini itirdi

"Mançester Yunayted"də çətin günlərini yaşayan Kriştianu Ronaldunun iş həyatında da hər şey plana uyğun getmir.
İspaniya mətbuatı xəbər verir ki, qazandığı külli miqdarda pulu müxtəlif layihələrə yatıran böyük iş adamı kimi də tanınan portuqaliyalı ulduz bir neçə il əvvəl Nyu-Yorkda yerləşən, dünyanın ən məşhur yaşayış komplekslərindən biri olan "Tramp Tower"dəki mənzilini dəyər-dəyməzinə satır.
"Mundo Deportivo"nun məlumatına görə, Ronaldu orada 2015-ci ildə 16 milyon avroya mənzil alıb. Üç il əvvəl o, onu 9 milyon avroya satmağa çalışıb. Bu arada o, koronavirus pandemiyası və bazarın düşməsi səbəbindən qiyməti bir neçə dəfə aşağı salmalı olub.
İndi qiymət rekord dərəcədə aşağıdır: Ronaldu mənzilini təxminən 6 milyon avroya satır. Təbii ki, qiymət aşağı düşməkdə davam edərsə və maraqlanan alıcılar cavab verməsə, itki 10 milyondan da çox ola bilər.fanat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar