Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan komandasının bayraqdarı müəyyənləşdi

Tarix: 17-02-2022 12:32     Baxış: 3227 A- / A+
Azərbaycan komandasının bayraqdarı müəyyənləşdi

Pekin 2022 XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının şef-de missionu və bayraqdarı müəyyən edilib. 
Manevr.az bildirir ki, Milli Paralimpiya Komitəsindən qaynarinfo-ya verilən məlumata görə, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun qərarına əsasən Rauf Mürsəlov Azərbaycan komandasının şef-de-missionu təyin edilmişdir. İdmançımız Mehman Ramazanzadə isə açılış mərasimində millimizin bayraqdarı olacaq.
Pekin 2022 XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının nümayəndə heyəti: 1. Rauf Mürsəlov – şef-de-mission, Komitənin idman şöbəsinin müdiri2. Azər Tapdıqov – Komitənin qış idman növləri üzrə kuratoru, mətbuat katibi3. Məhəmməd İsmayılov – milli komandanın baş məşqçisi, Şahdağ Turizm Mərkəzinin xizək təlimatçısı.4. Leyli Yusifli – COVID menecer, idman şöbəsinin aparıcı mütəxəssisi
Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvü  ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək. Azərbaycan Milli Paralimpiya Komandasının üzvü Mehman Ramazanzadə kross-kantri növünün "sprint” kateqoriyasında çıxış edəcək. İdmançımızın yarışı 09 mart 2022-ci il tarixində baş tutacaq.
XIII Qış Paralimpiya Oyunları 04-13 mart 2022-ci il tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək. Oyunların açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar