Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Cüdoda yeni qaydalar tətbiq olunub

Tarix: 21-01-2022 14:05     Baxış: 3194 A- / A+

Beynəlxalq Cüdo Federasiyası (İJF) növbəti olimpiya dövrü (2022-2024) üçün cüdo idman növü üzrə yeni qaydalar tətbiq edib.
Manevr.az Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yeni yarış qaydalarına əsasən, bəzi əks fəndlərdə qiymətləndirmə olmayacaq və bir sıra hallarda cüdoçular kəmərdən aşağı tutmalardan da istifadə edə biləcəklər.
Eyni zamanda, bəzi fəndləri əks tərəfə tətbiq etdikdə qiymətləndirilməyəcək.
İdmançıları qorumaq məqsədi ilə yarış zamanı qanaxma zədəsi iki dəfə həkimin göstərişi ilə müayinə edilə bilər. Həkimin eyni yerdən qanaxmaya müdaxiləsinə yenidən ehtiyac yaranarsa, hakim rəqibi qalib elan edəcək.
Bundan əlavə, kəmərin və saçın düzəldilməsinə bir dəfə icazə verilir, ikinci dəfə bu hal icazəsiz təkrar olunursa, bu hərəkət şido (xəbərdarlıq) ilə cəzalandırılacaq.
Eləcə də, cüdoqi (cüdoçunun yarış paltarı) qaydalara uyğun olmazsa, idmançı yarışdan kənarlaşdırılacaq.
Qeyd edək ki, böyüklər arasında dünya çempionatında iştirak üçün idmançı böyüklər arasında reytinq cədvəlində ilk 100-lükdə olmalıdır. Eyni zamanda, gənc idmançılar arasında ilk 16-lıqda olan atletlər də böyüklər arasında dünya çempionatına buraxılacaq. İndiyə qədər belə bir məhdudiyyət yox idi.
2024-cü il üçün Olimpiya Oyunlarının təsnifat mərhələsi 2022-ci il iyunun 24-də başlayacaq və 23 iyun 2024-cü ildə başa çatacaq. Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün dünya reytinq sıralamasında ilk 17-likdə yer almaq lazım olacaq. İlk 17-likdə eyni ölkədən iki idmançı yer alarsa, onlardan Olimpiya Oyunlarında yalnız biri iştirak edə bilər və bu zaman sıralamaya uyğun olaraq, ilk 17-likdə təmsilçisi olmayan və reytinqdə növbəti ən yüksək yerdə olan ölkənin idmançısı lisenziya əldə edəcəkdir. Bundan başqa, qitələrə müvafiq kvotalar da ayrılacaq və idmançı bu kvotalar üzrə də Olimpiya Oyunlarına lisenziya əldə edə bilər.
Yeni yarış və idman qaydaları 28-30 yanvar 2022-ci ildə keçiriləcək Portuqaliya Qran Prisindən etibarən tətbiq edilməyə başlanacaq.
Azərbaycan Cüdo Federasiyası İJF-nin tətbiq etdiyi son dəyişikliklər barədə hakimlər heyəti, milli komandanın məqşçiləri və idmançıları, həmçinin klub, cəmiyyət və müxtəlif idman təşkilatlarının cüdo üzrə məşqçiləri və mütəxəssisləri üçün növbəti həftədən etibarən beynəlxalq və daxili seminarlar təşkil edəcək, həmçinin izahedici video və çap materialları da hazırlanacaqdır.
Yeni qaydalar daxili yarışlarda 2022-ci ilin mart ayından etibarən tətbiq edilməyə başlanacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar