Sizin Reklam Burada
Xəbər lenti
20-04-2026
19-04-2026
BÜTÜN XƏBƏRLƏR

Zabit Səmədov: "Dost olsaq da, Katalin Moroşanuya qulaqburması verəcəm"

Tarix: 22-08-2016 15:54     Baxış: 3315 A- / A+
 Zabit Səmədov:


"Katalin güclü, cəsur döyüşçüdür və yaxşı oğlandır. Sadəcə, qələbə qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəm. Dost olsaq da, Katalin Moroşanuya qulaqburması verəcəm. Axı bu, döyüşdür və bizim işimizdir. Döyüşdən sonra mübarizəni şam yeməyi zamanı müzakirə edəcəyik".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Axmed" kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası, döyüşçü Zabit Səmədov deyib.

Qeyd edək ki, avqustun 23-də Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri keçiriləcək. Turnir zamanı Z.Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşacaq.

Z.Səmədovun bildirdiyinə görə, Qroznıdakı turnirə hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışı sona çatıb və "Axmed" klubunun komandası yarışa tam hazırdır.
"Turnir çox hərarətli, parlaq və maraqlı olacaq. Bundan başqa, qonaqlar və bu idman növünün dünya ulduzlarını dəvət etmişik! Avqustun 23-də "Kolizey" arenada görüşərik", - deyə, azərbaycanlı K-1 ustası bildirib.

Qeyd edək ki, Z.Səmədovun təxminən 120 azarkeşi Bakıdan iki avtobusla Qroznıya yollanacaq və zalda idmançımıza dəstək olacaqlar.

Döyüş Rusiyanın "Matç TV" və Türkiyənin NTV telekanalları vasitəsilə canlı yayımlanacaq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar