Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın şahmat komandası Almaniyaya qalib gəlib

Tarix: 15-11-2021 09:23     Baxış: 3208 A- / A+



Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün III turun görüşləri keçirilib.

Manevr.az xəbər verir ki, ilk iki turu qələbə ilə başa vuran Azərbaycan milli komandaları bu dəfə də güclü rəqiblərlə üz-üzə gəliblər.
Kişilərdən ibarət komanda ardıcıl üçüncü qələbəsini Almaniya üzərində qazanıb. Heyət üzvlərindən yalnız Şəhriyar Məmmədyarov rəqibindən üstün olub, digərləri isə görüşlərini heç-heçə ilə başa vurub.
Qadın yığması isə çempionatda ilk məğlubiyyətini Gürcüstandan alıb. İlk iki lövhədə yer alan Günay Məmmədzadə və Gülnar Məmmədova rəqiblərinə uduzub, Ülviyyə Fətəliyeva və Xanım Balacayeva isə heç-heçə edib.
Avropa çempionatı, III tur
Kişilər
Azərbaycan - Almaniya - 2,5:1,5
Şəhriyar Məmmədyarov - Liviu-Diter Nisipyanu - 1:0
Teymur Rəcəbov - Aleksandr Donçenko - 0,5:0,5
Rauf Məmmədov - Vinsent Keymer - 0,5:0,5
Nicat Abbasov - Mattias Blübaum - 0,5:0,5
Qadınlar
Azərbaycan - Gürcüstan
Günay Məmmədzadə - Nana Caqnidze
Gülnar Məmmədova - Lela Cavaxişvili
Ülviyyə Fətəliyeva - Meri Arabidze
Xanım Balacayeva - Salome Melia
Qeyd edək ki, ilk iki turda kişilər İtaliya və Serbiyanı, qadınlar Türkiyə və İsveçi məğlub edib."report"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar