Xəbər lenti
Superliqada maraqlı hadisə, futbolçular duşdan meydana qayıtdı

Türkiyə Superliqasının 12-ci turunda maraqlı hadisə yaşanıb.
Superliqanın 12-ci turunda "Qaziantep" doğma meydanda "Kasımpaşa" ilə qarşılaşıb. Matçın final fitindən sonra futbolda nadir hallarda rast gəlinəcək maraqlı hadisə baş verib.
Belə ki, 4-cü hakim tabloda matça 9 dəqiqə əlavə olunduğunu bildirsə də baş hakim Halis Özkahya görüşü 95-ci dəqiqədə bitirib. Sonradan səhvini anlayan FİFA referisi komandaları yenidən meydana çağırıb. Oyun daha 4 dəqiqə davam edib. "beİN Sports"un məlumatına görə Özkahya matçı bitirəndən dərhal sonra bəzi futbolçular duş qəbul etməyə gedibmiş. Hakimin meydançaya geri çağırmasından sonra onlar məcburən duşdan islaq vəziyyətdə qayıtmalı olublar.
Oyundan sonra baş hakim də fikirlərini bildirib. O, yaşananlarla bağlı bu sözləri söyləyib: "9 dəqiqəlik əlavə vaxtı 4,45 dəqiqədən sonra bitirdiyimizi anlayan kimi komandalardan meydançaya qayıtmalarını xahiş etdim".
Qarşılaşma 4 dəqiqə davam etsə də hesabda dəyişiklik olmayıb. "Qaziantep" bu matçda 2:0 hesablı qələbə qazanıb.qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar