Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Cüdo ustaları federasiya rəhbərliyinə təşəkkür etdi

Tarix: 26-10-2021 18:11     Baxış: 3252 A- / A+

Cudo ustalarının - 30 və daha yuxarı yaşda olan idmançıların Portuqaliyanın paytaxtı Lissabonda bir neçə gün əvvəl keçirilən dünya çempionatında Azərbaycan komandası 8 medal - 1 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar.

Manevr.az xəbər verir ki, komanda hesabında Azərbaycan cüdoçuları 43 ölkə arasında 12-ci olublar. Komandanın üzvü, “Judo Club 2012” idman klubunun icraçı direktoru Mübariz Cəfərov bildirib ki, veteran cüdoçular 2002-ci ildən beynəlxalq yarışlarda iştirak edir və hər il uğurlu nəticələr qazanırlar: "Azərbaycan Cüdo Federasiyası bu il də yarışlarda iştirakımızı təmin etdi və buna görə federasiyanın rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Ümumiyyətlə, veteran cüdoçulara göstərilən qayğı hər birimizdə minnətdarlıq hissi doğurur, bizi qitə və dünya çempionatlarında fəal iştirak etməyə həvəsləndirir".

İcraçı direktor komandanı builki çempionata hazırlaşdıran baş məşqçi Fərhad Rəcəbliyə, ACF-nin komandaya ezam etdiyi Vüsal Cəfərova və “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərova da minnətdarlıq edib.

Xatırladaq ki, Lissabonda tatami üzərinə M-5 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində çıxan Mübariz Cəfərov çempionatın gümüş medalına layiq görlüb. Veteran cüdoçu komandanın qitə yarışında da iştirak etmək arzusunda olduğunu bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar