Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

İlham Zəkiyev: “Rəqibimə barmaqlarımın sındığını bildirmədim”

Tarix: 29-08-2021 16:29     Baxış: 4243 A- / A+
İlham Zəkiyev: “Rəqibimə barmaqlarımın sındığını bildirmədim”

"Bu, mənim 5-ci paralimpiadam idi. Buradan da əliboş qayıtmıram. Bürünc medalla vətənə dönürəm. Rəqiblərim isə çox çətin idi".


Manevr.az-ın məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyev deyib.

100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat paralimpiya çempionu ilk görüşdə Britaniya təmsilçisini məğlub etdiyini xatırladıb: "Onunla daha əvvəl 4 dəfə qarşılaşmışdım. Hamısında da qalib gəlmişəm. İkinci görüşüm isə ikiqat paralimpiya çempionu təcrübəli koreya idmançısına qarşı oldu. Güləş zamanı ayağımın iki barmağı sındı. Bunu biruzə vermədim. Bu səbəbdən güləşmək alınmadı və məğlub oldum. Həkim məndən soruşdu ki, yenə güləşəcəksən? Dedim ki, ayağımı bağla, davam edəcəyəm. Çünki biz qalib ölkənin əsgərləyirik. Ordumuzun əsgərləri yaralandıqları vəziyyətdə belə döyüşüb. Azərbaycan əsgəri heç vaxt təslim olmayıb. Mən növbəti rəqibimə bildirmədim ki, barmaqlarım ağrıyır. Güləşdim və vətənə bürünc medalla dönürəm".

Zəkiyevin sözlərinə görə, cüdo komandası Tokiodakı yarışda çox yaxşı çıxış edib: "6 qızıl və 2 bürünc medalla ölkəyə qayıdırıq. Biz sübut etdik ki, Azərbaycanda cüdo var və cüdoçularımız dünya şöhrətlidir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar