Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Paracüdoçumuz "Tokio-2020"nin finalına yüksəldi

Tarix: 28-08-2021 09:07     Baxış: 3178 A- / A+
Paracüdoçumuz "Tokio-2020"nin finalına yüksəldi

Paracüdoçumuz Hüseyn Rəhimli “Tokio-2020” Yay Paralimpiya Oyunlarına qələbə ilə başlayıb.

Manevr.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə Böyük Britaniya idmançısı Daniel Povelə qalib gələrək yarımfinala yüksəlib. Onun növbəti rəqibi Koreya Respublikasından olan Jung Min Lu olub. Rəqibini məğlub edən H.Rəhimli “Tokio-2020”nin finalına yüksəlib.

Qeyd edək ki, Azərbaycanın hesabında 5 medal var. Paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar