Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Cüdomuzun olimpiya ənənələri davam edəcək

Tarix: 04-08-2021 17:50     Baxış: 3163 A- / A+
Cüdomuzun olimpiya ənənələri davam edəcək

“İdman - mübarizə meydanıdır: qələbə də olur, məğlubiyyət də... Tokio-2020 olimpiadasında cüdoçularımızın bizim arzuladğımız nəticələri əldə bilməməsi, əlbəttə, təəssüf hissi doğurur”.

Manevr.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərov özünün şəxsi İnternet səhifəsində (azeraskerov.az) yazıb. O, cüdocularımızın Tokio-2020-dəki çıxışlarına münasibətini açıqlayarkən Azərbaycan Cüdo Federasiyasının məşqçilər heyəti barədə sərt qərar qəbul etdiyini də vurğulayıb: “Amma idmançılarımızı şiddətlə qınamaq da düzgün yanaşma deyil. Onların hər biri Olimpiya lisenziyasını çox mötəbər beynəlxalq yarışlarda uğurlu çıxlşlarına, qələbələrinə görə qazanıb”.

Azər Əsgərov idmanda şəxsi keyfiyyətlərlə yanaşı, bəxt amilinin də böyük rol oynadığını qeyd edibərək bunun "Tokio-2020"də də istisna təşkil etmədiyini vurğulayıb: “Lakin unutmayaq ki, Azərbaycan cüdosunun şərəfli Olimpiya ənənələri var. Bu ənənələrin qarşıdakı illərdə davam etdiriləcəyinə inanmalıyıq”.

Tokioda öz bürünc medalı ilə bu ənənəyə sadiq qalan İrina Kindzerska-Əliyevanı, boksda və yunan-Roma güləşində bürünc medal qazanan Alfonso Domingesi və Rafiq Hüseynovu təbrik edən veteran cüdoçu güləşdə yüksək nəticələr göstərə biləcək digər idmançılarımızın olduğunu və onlardan qələbə gözlədiyini qeyd edib.

“Xalqımızın qələbə ruhu güclüdür! Qəhrəman oğullarımız bunu Qarabağ zəfəri ilə sübuta yetiriblər. Tokioda qələbə şanslarımız hələ tükənməyib. Öz yarış növbələrini gözləyən idmançılarımıza əzmkarlıq və uğur arzulayıram!” - deyə, Azər Əsgərov fikrini yekunlaşdırıb./koordinat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar