Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Müsəlman idmançı olimpiadaya damğa vurdu - Duyğusal anlar

Tarix: 04-08-2021 11:48     Baxış: 4220 A- / A+
Müsəlman idmançı olimpiadaya damğa vurdu - Duyğusal anlar

Kişilər arasında hündürlüyə tullanma yarışlarında qətərli Mütaz Əssa Barşim və italiyalı Canmarko Tamberi çempion elan edilib.

Tamberi Tokio olimpiadasında kişilər arasında hündürlüyə tullanma yarışlarının finalında Barşimlə qarşılaşıb.

Hər iki idmançı finalda 2.37 metr tullanıb. Hakimlər idmançıların hər birinə daha üç cəhd imkanı verib, amma heç biri 2.37 metrdən yuxarı çatmayıb.

Hər ikisinə daha bir cəhd verilib, amma italiyalı ayağından ciddi zədə aldığı üçün son cəhddən geri çəkilməli olub. Qətərli Barşimin qarşısında başqa rəqibi olmayıb. Bundan sonra müsəlman idmançı hakimdən son cəhddən imtina etsə, qızıl medalın hər ikisinə verilməsinin mümkün olub-olmadığını soruşub. Hakimlər məsləhətləşdikdən sonra bunun mümkün olduğunu deyiblər. İtaliyalı idmançı bu qərardan sonra böyük sevinc yaşayıb.

Bu qərardan sonra qətərli Mütaz Əssa Barşim və italiyalı Canmarko Tamberi birlikdə qızıl medal qazanıblar./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar