Xəbər lenti
Tokio-2020: Güləşçimiz erməniyə qalib gəldi

Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.
Yığmamızın aktivinə 3-cü mükafatı yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) əlavə edib.
Bir gün öncə 1/4 finalda məğlub olmasına baxmayaraq, rəqibi finala qədər irəliləyən pəhləvan bu gün təsəlliverici görüşə çıxıb. İkiqat Avropa çempionu tunisli Lamyed Maafi ilə üz-üzə gəlib. Qarşılaşma Hüseynovun tam üstünlüyü ilə (11:1) yekunlaşıb.
33 yaşlı idmançımız bürünc medal uğrunda ermənistanlı Karapet Çalyanla görüşüb və 4:1 hesabı ilə qələbə qazanıb. Bu qələbə həmyerlimizi Olimpiya üçüncüsü edib.
Bununla da millimizin aktivindəki medalların sayı 3-ə çatıb. Hüseynovdan öncə cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominqes (81 kq) bürünc mükafata yiyələnib.
Qeyd edək ki, Tokio-2020-yə 44 idmançı ilə yollanan komandamızın heyətində artıq 31 atlet çıxışını başa vurub.apasport.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































