Xəbər lenti
Tokio-2020: Azərbaycanlı güləşçilərin rəqibləri bəlli olub

Sabah Olimpiadada iki güləşçimiz mübarizəyə start verəcək.
Manevr.az xəbər verir ki, Yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq), qadın güləşində isə Elis Manolova (68 kq) xalça üzərinə çıxacaq. Bu gün keçirilən püşkatma mərasimində təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib.
Rafiq 1/8 finalda dünya ikincisi və Avropa üçüncüsü olan isveçli Aleks Kessidislə qarşılaşacaq. Bu görüş A xalçasında keçiriləcək. Hüseynov rəqibinə qalib gəlsə, 1/4 finalda Lamjed Maafi (Tunis) - Akjol Mahmudov (Qırğızıstan) mübarizəsində üstün olan güləşçiylə üz-üzə gələcək.
Elis ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə münasibətləri aydınlaşdıracaq. Bu görüş B xalçasında baş tutacaq. Manolova 1/4 finala yüksəlsə, ya Meerim Jumanazarova (Qırğızıstan), ya da Mimi Xristova (Bolqarıstan) ilə qarşılaşacaq.
Qeyd edək ki, bu çəkilərdə ilk görüşlər Bakı vaxtı ilə saat 6:30-da başlayacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































