Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İtaliya çempion!

Tarix: 12-07-2021 09:09     Baxış: 3148 A- / A+
İtaliya çempion!

İyunun 11-dən iyulun 11-dək Avropanın 11 ölkəsində keçirilən AVRO-2020-yə yekun vurulub.

Manevr.az sportinfo.az-a istinadla xəbər verir ki, 31 gün davam edən sayca 16-cı Avropa çempionatının həlledici qarşılaşması Londondakı “Uembli” stadionunda baş tutub.

Tarixində ilk dəfə qitə çempionatının final oyununda qüvvəsini sınayan İngiltərə yığması doğma arenada İtaliyanı qəbul edib.

Görüş erkən qolla başlayıb. Artıq 2-ci dəqiqədə Lük Şou həm finalda, həm də özünün millidəki qol hesabını açıb.

Buraxılan qoldan sonra təşəbbüsə ələ alan İtaliya yığması böyük üstünlüyə yiyələnib. Lakin apenninlilərin aramsız hücumları yalnız ikinci hissənin ortalarında bəhrəsini verib.

Qarşılaşmada ikinci qolu da müdafiəçi vurub. Leonardo Bonuççi hesabda tarazlıq yaradıb.

Bu, görüşdəki son qol olub. Əlavə vaxtında tarazlığın pozulmadığı finalın və AVRO-2020-nin qalibini penaltilər seriyası müəyyənləşdirib.

Oyunsonrası “lotereya”da daha dəqiq olan italyanlar Avropa çempionu tituluna sahib çıxıb. Bu, 1968-ci ildə də qızıl medala yiyələnən İtaliya yığmasının ikinci qitə çempionluğudur.

Finalda qol vura bilməyən Harri Keyn bombardirlər yarışında liderlərə çatmayıb. Portuqaliyalı Kriştiano Ronaldo və çexiyalı Patrik Şik hərəyə 5 topla AVRO-2020-nin ən məhsuldar oyunçuları olub.

İtaliya – İngiltərə - 1:1, pen. 3:2
Qollar: Lük Şou, 2 - Leonardo Bonuççi, 67
Baş hakim: Byörn Kuypers (Niderland)

London. “Uembli” stadionu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar