Xəbər lenti
AVRO-2020: İngiltərə yığması yarımfinala yüksəldi

Futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin sonuncu oyunu keçirilib.
Manevr.az xəbər verir ki, İtaliyanın paytaxtı Romanın “Olimpiko” stadionunda Ukrayna və İngiltərə yığmaları qarşılaşıblar.
Almaniyadan olan hakimlər briqadasının idarə etdiyi matç İngiltərə yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 4 və 50-ci dəqiqələrdə Harri Keyn, 46-cı dəqiqədə Qari Maquayr və 63-cü dəqiqədə Cordan Henderson vurub.
Bununla da AVRO-2020-nin 1/4 final mərhələsinə yekun vurulub.
Qeyd edək ki, Avropa çempionatının 1/4 final mərhələsinin Bakı Olimpiya Stadionunda təşkil olunan oyununda Çexiya və Danimarka komandaları üz-üzə gəlib.
Qarşılaşma Danimarkanın 2:1 hesablı qələbəsi ilə bitib. Beləliklə, İngiltərə yığması yarımfinalda Danimarka seçməsi ilə üz-üzə gələcək.
Avropa çempionatının yarımfinal qarşılaşmaları iyulun 6-7-də keçiriləcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































