Xəbər lenti
Azərbaycan güləşçisi Avropa çempionatında ermənini məğlub etdi - ŞƏKİL

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatına qələbə ilə başlayıb.
Manevr.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi Davit Jotyanla üz-üzə gəlib.
Rəqibini 3:1 hesabı ilə məğlub edən Nihat Məmmədli 1/4 finala vəsiqə əldə edib. O bu mərhələdə Numan Bayramdan (Almaniya) qazanılan son xal prinsipilə üstün olub – 1:1. Onun yarımfinaldakı rəqibi Dinislam Bammatov (Rusiya) olacaq.
Həmçinin Həsrət Cəfərov (67 kq) Adam Pohileçi (Macarıstan) 8:0, Nikolay Dzezovu (Bolqarıstan) 11:3 hesabları ilə məğlub edib. Xasay Həsənli (72 kq) isə İvo Sviqlerə (Çexiya) 9:0 hesabı və İqor Botezə (Rumıniya) tuşe fəndi ilə qalib gəlib. Hər iki idmançımız yarımfinalda Gürcüstan güləşçiləri – Luka Oçiqava və Giorgi Çixikvadzeyə rəqib olub.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































