Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Erməniyə qalib gələn güləşçimiz yarımfinala çıxdı

Tarix: 28-06-2021 19:42     Baxış: 3192 A- / A+
Erməniyə qalib gələn güləşçimiz yarımfinala çıxdı

Güləşçimiz Turan Bayramov erməniyə qalib gələrək yarımfinala çıxıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb.

İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Murad Haqverdiyev ilk görüşdə türkiyəli rəqibinə uduzub.

Sabir Cəfərov təsnifat mərhələsində Slovakiya idmançısını vaxtından əvvəl məyus edib. Həmyerlimiz daha sonra Fransa təmsilçisinə eyni aqibəti yaşadıb. 1/4 finalda Türkiyə güləşçisi üzərində də böyükhesablı qələbəyə sevinən Cəfərov yarımfinala yüksəlib.

Turan Bayramov qitə birinciliyinə Almaniya güləşçisi üzərində inamlı qələbəylə start verib.

Bayramov 1/4 finalda daha öncə bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn Turan adını yarımfinala yazdırıb.

Səbuhi Əmiraslanov 1/8 finalda rusiyalı rəqibinə məğlub olub.

Zəfər Əliyev debütdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. Ancaq 1/4 finalda Ukrayna idmançısıyla bacarmayıb.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar