Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Meydanda ürəyi dayanan futbolçu həyatla vidalaşdı

Tarix: 27-06-2021 16:53     Baxış: 3191 A- / A+
Meydanda ürəyi dayanan futbolçu həyatla vidalaşdı

İyunun 26-da Rusiyanın Həvəskar Futbol Liqasının oyunu zamanı meydandakı futbolçulardan birinin ürəyi dayanıb.

Manevr.az xəbər verir ki, hadisə Cənub-qərbi Moskva Liqasında baş verib.

Həkimlər oyunçuya ilkin yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktı Rusiyanın "Sport24" saytına açıqlamasında sözügedən liqanın prezidenti Dmitri Smirnov da təsdiqləyib:

"Bəli, təəssüf ki, belə olub. O da Kristian Eriksen kimi heç bir təmas olmadan qəfil yıxılıb. Oyun axşam keçirildiyindən isti də söhbət mövzusu deyil. İndiyədək həmin şəxsin kim olduğunu müəyyənləşdirə bilməmişik. Çünki adı iştirak ərizəsində olmayıb. Həmin şəxsi futbol oynamağa dostu dəvət edibmiş. Hazırda hadisənin təfsilatını araşdırmaqla məşğuluq".

Xatırladaq ki, hazırda davam edən AVRO-2020-nin açılış oyununda - Finlandiya ilə görüşün 42-ci dəqiqəsində Danimarka yığmasının yarımmüdafiəçisi Eriksenin ürəyi dayanmış, həkimlər onun həyatını xilas edərək xəstəxanaya çatdırmışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar