Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Güləşçimiz Şərif Şərifov İstanbulda beynəlxalq turnirin qalibi olub

Tarix: 27-06-2021 10:17     Baxış: 4208 A- / A+
Güləşçimiz Şərif Şərifov İstanbulda beynəlxalq turnirin qalibi olub


Azərbaycan pəhləvanı Şərif Şərifov İstanbulda sərbəst güləş üzrə Yaşar Doğu turnirinin qalibi olub.

Manevr.az xəbər verir ki, ənənəvi yarışdakı yeganə təmsilçimiz Ş.Şərifov (97 kq) mübarizəyə dörddəbir finaldan qoşulub. Dünya, olimpiya və Avropa çempionumuz ilk görüşdə tunisli Səid Məhəmmədə tam üstünlüklə qalib gəlib. Titullu güləşçimiz yarımfinalda Givi Matçaraşviliylə qarşılaşıb. Şərif yanvarda Fransanın Nitsa şəhərində keçirilən Qran-pridə məğlub olduğu Gürcüstan təmsilçisindən revanş alıb - 3:0.

Beləliklə, Ş.Şərifov adını finala yazdırıb. Millimizin üzvü iyunun 26-da həlledici qarşılaşmada türkiyəli Mustafa Səssizlə qarşılaşıb. Rəqibini məğlub edən təcrübəli pəhləvanımız Yaşar Doğu turnirinin qalibi olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar