Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Niyə Arustamyan Bakıda akkreditə edilmədi? - İZAH

Tarix: 09-06-2021 18:20     Baxış: 3132 A- / A+
Niyə Arustamyan Bakıda akkreditə edilmədi? - İZAH

Bir neçə gün əvvəl Vasili Utkin həmkarı Nobel Arustamyanın AVRO-2020 matçlarına akkreditasiya edilməməsinə hiddətini ifadə edərək, hər şeyə görə rəsmi Bakını günahlandırdı.

Manevr.az xəbər verir ki, bu barədə Global Media Groupun media-direktoru Həmid Həmidovun “Exo Moskvı” saytında dərc olunan məqaləsində bildirilir.

“Guya ki, məhz Azərbaycan tərəfi Nobelin fəaliyyətinə qadağa qoyub və nəticədə o, Avropa Futbol Çempionatına ev sahibliyi edən 11 ölkənin heç birindəki görüşləri şərh edə bilməyəcək.

Görünən odur ki, möhtəşəm nitqə sahib olan Utkin niyə Nobelin Avropa Çempionatında olmayacağını və bu halda rəsmi Bakını günahlandırmağın nə dərəcədə düzgün olub-olmadığı barədə məlumatsızdır.

İzah edirəm:

1.Bakı UEFA-dan Nobelin digər 10 şəhərdə işləməmək üçün akkreditasiya edilməməsini istəməyib. UEFA qaydaları elə qurulub ki, istənilən şəxs təşkilatçılardan biri tərəfindən akkreditə olunmayıbsa, o zaman avtomatik olaraq digər şəhərlərdə də akkreditasiya edilmir. Bu, Bakıdakı təşkilat komitəsinin qaydası deyil. Bu UEFA-nın qaydasıdır və bu vəziyyətdə bütün suallar UEFA-ya yönəldilməlidir.

2. Məlumatlı olmayan insanlarda sual yaranır: Bakı Nobel Arustamyanı niyə akkreditasiya etməyib? Çünki Nobel dəfələrlə (söhbət Azərbaycanın qələbəsi ilə başa çatan 2020-ci il Qarabağ müharibəsindən əvvəlki dövrdən gedir) ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib. Və bunu rəsmi Bakıdan icazə istəmədən, qanunsuz şəkildə edib. Nəticədə o, tamamilə haqlı olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısına” salınıb.

3. Bəli, Nobel bunu edən tək belə adam olmayıb.

Ancaq onun bəzi həmkarları, ölkəmizi ziyarət edə bilmək üçün, artıq çoxdan rəsmi Bakıdan və Azərbaycan xalqından bağışlanma istəyib, hərəkətlərini qanunlardan məlumatlı olmamaları ilə izah edərək, Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiklərini və “qara siyahı” dan çıxarılmalarını xahiş ediblər. Bunu edənlərin hamısı bağışlanıb.

Nobel oxşar bir şey edibmi? Xeyr. O, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısında” qalmağa davam edir və təbii ki, bu halda o, Avropa çempionatı oyunlarının Bakı təşkilat komitəsi tərəfindən şərhçi kimi təsdiqlənə bilməzdi.

4. Bəli, Utkinin ayrıca vurğu etdiyi kimi, Nobel Bakıda doğulub. Belə olan vəziyyətdə Azərbaycanda anadan olan bir insanın bu ölkənin qanunlarını sistematik şəkildə pozduğuna görə ikiqat təəssüflənirik.

5. Qeyd etmək vacibdir ki, Arustamyanın Bakıya buraxılmaması guya onun erməni mənşəli olması ilə əlaqəli olduğuna dair açıqlamalar heç bir tənqidə sığmır. Azərbaycanda yaşayan 30 min erməni haqda ətraflı danışmayacağam. Birincisi, onlar haqqında dəfələrlə danışılıb. İkincisi, son vaxtlar Azərbaycan və Rusiya KİV-ləri tərəfindən dəfələrlə, Azərbaycanın erməni icmasının bir sıra nümayəndələri ilə müsahibələr dərc edilib. Maraqlananlar “Google”da axtarış aparıb tanış ola bilərlər.

Yalnız bir məqamı qeyd edəcəm (və bunu da internetdə asanlıqla yoxlamaq olar) - son bir neçə il ərzində Azərbaycan ən yüksək səviyyədə çox sayda beynəlxalq səviyyəli idman, mədəni, humanitar, elmi, siyasi tədbirlər keçirib. Bu tədbirlərdə bir qayda olaraq ən müxtəlif - o cümlədən, Ermənistan və Rusiya pasportlarına sahib olan milliyətcə erməni olan şəxslər iştirak edib.

Yenə deyirəm, kimsə inanmırsa, internetdə yoxlaya bilər. Ona görə, Nobelin erməni soyadı üzərində qurulan bütün ittihamlar böhtandan başqa bir şey deyil”, - məqalədə qeyd edilir./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar