Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Ronaldo "Yuventus"la vidalaşdı, yeni klubu...

Tarix: 29-05-2021 13:19     Baxış: 3186 A- / A+
Ronaldo "Yuventus"la vidalaşdı, yeni klubu...

Kriştianu Ronaldu "Yuventus"dakı komanda yoldaşları ilə vidalaşıb.

Bu iddia ilə "Messaggero" qəzeti çıxış edib. Qəzet yazıb ki, portuqaliyalı ulduz Turin klubu ilə yollarını rəsmən ayırmağa hazırlaşır.

"Real"a dönüşü reallaşmayan Ronaldunu keçmiş klubları - "Sportinq" və "Mançester Yunayted" heyətinə qatmaq istəyir. İddiaya görə, futbolçu "Sportinq"ə dönərək karyerasını yetirməsi olduğu klubda bitirmək niyyətindədi.

Qeyd edək ki, bur neçə gün əvvəl "Sportinq"in prezidenti Frederiko Varandes Kriştianunu heyətdə görmək istədiklərini bildirmişdi: "Ronaldu bir gün "Sportinq"ə dönəcək. Çempionlar Liqasında onun yer aldığı bir heyətdə mübarizə aparmaq arzumuzdur".

Bundan əvvəl isə Ronaldunun anası Dolores Aveyro da oğlunu "Sportinq"ə qaytarmaq istədiyini bildirmişdi: "Kriştianu ilə danışacam və gələn mövsüm "Sportinq"ə dönməsi üçün razı salmağa çalışacam. Gələn il "Alvalade" stadionunda "Sportinq" forması ilə çıxış edəcək".

Onu da qeyd edək ki, Ronaldu 18 yaşında - 2003-cü ildə "Sportinq"dən "Mançester Yunayted"ə transfer olunub. İngiltərə klubu 6 il sonra onu həmin vaxt üçün rekord məbləğə - 94 milyon avroya "Real"a satıb. Portuqaliyalı ulduz 2018-ci ildə 117 milyon avro qarşılığında "Yuventus"a transfer olunub./fanat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar