Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən çox qazanan idmançısının adı açıqlandı - ŞƏKİL

Tarix: 26-05-2021 13:16     Baxış: 4168 A- / A+
Dünyanın ən çox qazanan idmançısının adı açıqlandı - ŞƏKİL

“Sportico” nəşri 2020-ci ilin iyunundan 2021-ci ilin may ayına qədər olan dövrdə ən çox qazanan idmançıların siyahısını açıqlayıb. İrlandiyalı qaydasız döyüş ustası Konor Makqreqor ilk 100-lükdə liderliyə yüksəlib.

Mütəxəssislərin fikrincə, idmançı öz markası olan viskinin nəzarət səhmlərinin satışından 170 milyon dollar qazanıb. Makqreqor Dastin Porye ilə UFC döyüşü üçün 28 milyon dollar və Amerika xaricindəki markalarla müxtəlif əməkdaşlıqdan 8 milyon dollar əldə edib.

Ümumilikdə, irlandiyalının gəliri 208 milyon dollar olub.

Nəşrə görə döyüşçü ən zəngin idmançıların reytinqində iki futbol ulduzunu - “Barcelona” komandasının kapitanı Lionel Messini (126 milyon dollar) və “Yuventus”un superulduzu Kriştiano Ronaldonu (120 milyon dollar) qabaqlayıb.

Əlavə edək ki, Makqreqor keçirdiyi 27 döyüşdən 22-də qalib gəlib. İrlandiyalı növbəti döyüşünü 11 iyulda amerikalı Dustin Porye ilə keçirəcək./oxu.az

Manevr.az


Dünyanın ən çox qazanan idmançısının adı açıqlandı - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar