Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Veteran cüdoçular Moskvadan gümüş medalla qayıdıb -ŞƏKİLLƏR

Tarix: 16-05-2021 15:55     Baxış: 2312 A- / A+
Veteran cüdoçular Moskvadan gümüş medalla qayıdıb



Polis, ordu və güc strukturlarını təmsil edən veteran cüdoçular arasında 15-ci beynəlxalq komanda turniri bu il mayın 15-də Rusiyanın paytaxtı Moskva şəhərindətəşkil olunub.


Manevr.az xəbər verir ki, yarışda Rusiyanın 6 təmsilçisi ilə yanaşı, Belarus, İspaniya, Yunanıstan, Monqolustan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Ermənistan, Gürcüstan və Azərbaycankomandaları mübarizə aparıblar.

Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Veteran Cüdoçular Assosiasiyasının dəstəyi ilə Moskvaya yollanan komandamızturnirdə məşqçi Vüsal Cəfərovun rəhbərliyi altında iştirak edib. Vüqar Babayev (66 kq), Nadir Babayev (73 kq), Azər Fətullayev (81 kq), Ziya Namazov (90 kq) və Elxan Rəcəblidən (+90 kq) ibarət komandamız,püşkün nəticəsinə görə, ilk görüşü ErmənistanDaxili İşlər Nazirliyinin komandasına qarşı keçirib. Rəqiblərinə heç bir şans verməyən cüdoçularımız bu görüşdə 5:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər.

İkinci görüşdə Qırğızıstan komandası ilə qarşılaşan veteran cüdoçularımız bu dəfə də rəqiblərindən üstün olublar -5:0 Yarımfinalda komandamızın rəqibi Tacikistan komandası olub. Gərgin mübarizə şəraitində keçən görüşdə komandamız 3:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə isə komandamızRusiya Daxili İşlər Nazirliyinin veteranlarına 3:2hesabı ilə məğlub olaraq gümüş medala sahib çıxıb.
Turnirdə üçüncü yerləri isə Belarus və Rusiyanın Milli Qvardiya komandaları tutublar.
Yarışın qalibi və mükafatçıları diplom, medal və kubokla təltif olunublar.

Beynəlxalq turnirdə Azərbaycanın Olimpiya dərəcəli hakimi Fariz Hüseynov da ədalət təmsilçisi qismində görüşlərin idarə olunmasında iştirak edib.

Manevr.az

Veteran cüdoçular Moskvadan gümüş medalla qayıdıb
Veteran cüdoçular Moskvadan gümüş medalla qayıdıb
Veteran cüdoçular Moskvadan gümüş medalla qayıdıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar