Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan yığmasının baş məşqçisi dəyişdi

Tarix: 15-05-2021 11:16     Baxış: 4144 A- / A+
Azərbaycan yığmasının baş məşqçisi dəyişdi


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi postunda dəyişiklik olub.

Manevr.az "apasport.az"a istinadən xəbər verir ki, yığmamızı mayın 28-də start götürəcək Qızıl Avropa Liqasına Vasif Talıbov çıxarmayacaq.

Millidə hansısa uğura imza ata bilməyən gənc çalışdırıcını Vüqar Əliyev əvəzləyib. Əsas komandamızda və aşağı yaş qrupu üzrə yığmalarımızda çalışmış təcrübəli mütəxəssis təlim-məşq toplanışında da voleybolçularımıza rəhbərlik edib.

Yığmada digər məşqçilər isə dəyişməz qalıb. Əliyevə Eldar Yusubovla Famil Ağayev köməklik edəcəklər. Artıq Azərbaycan Voleybol Federasiyası bununla bağlı sifarişini Avropa Voleybol Konfederasiyasına da göndərib.

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasının A qrupunda Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar