Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Təcili Yardım maşını gecikdi, Azərbaycan çempionatının oyunu gec başladı

Tarix: 07-05-2021 17:47     Baxış: 4268 A- / A+
Təcili Yardım maşını gecikdi, Azərbaycan çempionatının oyunu gec başladı


Birinci divizionda hazırda davam edən MOİK – "Sumqayıt” matçı 16:00-da başlamalı olsa da, qarşılaşma 1 saat gec start götürüb.

Buna səbəb isə oyuna Təcili Tibbi Yardım maşınının gec gəlməsidir.

Məlumatı Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov da təsdiqləyib. O bildirib ki, nadir hallarda da olsa, bu cür vəziyyətlə üzləşirlər:

"Matçlardan 2 saat öncə xidməti iclas keçirilir. Burda əvvəllər Təcili Tibbi Yardım xidmətinin nümayəndəsi də iştirak edirdi. Amma biz ölkədəki pandemiya vəziyyətini nəzərə alıb onların iştirakını 1 saat əvvələ qədər çəkmişik. Məsələn, matç 15:00-da olacaqsa, nümayəndə 14:00-da gəlir. Lakin bəzi hallarda gecikmələr də olur, amma nadir hallarda bu baş verir. Əvvəlcə, onlara təşəkkür edirik ki, bu vəziyyətdə futbol matçlarına da gəlirlər. Bu gün də belə bir hal baş verib. PFL olaraq dərhal nəzarətə götürdük və 16:30-da artıq Təcili Tibbi Yardım maşını burda idi. Sadəcə biz futbolçuların isinmə hərəkətlərinə ehtiyacı olduğunu və matçöncəsi bəzi tərbirləri nəzərə alaraq, 17:00-da başladıq. İstənilən halda məsələ AFFA nümayəndəsinin raportunda qeyd olunacaq və AFFA İntizam Komitəsi lazımi ölçü götürəcək. PFL də meydan sahibi komandaya bildirəcək ki, belə hallar təkrarlanmasın”."qafqazinfo”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar