Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

3 qat dünya çempionumuz erməniyə uduzmasından danışdı

Tarix: 21-03-2021 10:49     Baxış: 3238 A- / A+
3 qat dünya çempionumuz  erməniyə uduzmasından danışdı


Sərbəst güləş üzrə millinin üzvü Hacı Əliyev Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirindəki çıxışı barədə fikirlərini bölüşüb.

Manevr.az xəbər verir ki, Tokio olimpiadasına lisenziya qazanan 3 qat dünya və 3 qat Avropa çempionu yarışa tam hazır vəziyyətdə qatılmadığını qeyd edib:

"Sevinirəm ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Həqiqətən də, bu yarışda finala çıxmaq mənim üçün çox önəmli idi və bunu bacardım. Federasiyamız başda olmaqla, bütün əziyyəti olan məşqçilərimə təşəkkür edirəm. Yarışdan iki ay öncə gözümdən ağır əməliyyat keçirmişdim və turnirə qatılmağım sual altında idi. Buna baxmayaraq, həkimlərin də məsləhəti ilə bu yarışa gəldim və mənə lazım olan işi gördüm. Qalibiyyət də, məğlubiyyət də Allahdandır. Bizlər sadəcə, mübarizə aparırıq. Mənə hər zaman dəstək olduğunuz üçün sizlərə təşəkkür edirəm".

Hacı Əliyev finalda Ermənistan təmsilçisi 21 yaşlı Vazgen Tevanyana uduzmasından da danışıb: "Bilirəm ki, bu məğlubiyyət hər kəs üçün pis oldu. Amma inanin ki, ən pis olan, ən çox əziyyət çəkən yenə də özüməm. Olimpiadada görüşənədək. Allah mənə güc və səbir versin". Hacı Əliyev Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı 65 kq çəki dərəcəsində qazanıb."qafqazinfo"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar