Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə finala yüksəldi

Tarix: 20-03-2021 12:07     Baxış: 3304 A- / A+
Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə finala yüksəldi

Türkiyənin İstanbul şəhərində təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turnirində yarımfinal mərhələsi başa çatıb.

Manevr.az Boks Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, həlledici mərhələyə Azərbaycan millisinin 5 boksçusu vəsiqə qazanıb.

Komandamızın heyətində Məsud Yusifzadə (52 kq) finala gedən yolda Dəmir Abdıkadiri (Qazaxıstan) 4:1 hesabı ilə məğlub edib. O, çempionluq üçün qırğızıstanlı Azat Usamaliyevlə döyüşəcək.

63 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev də uğurlu çıxışını davam etdirir. Dünya çempionumuz yarımfinalda Bulat Ersultana (Qazaxıstan) 5:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz finalda türkiyəli Hakan Doğanı sınağa çəkəcək.

Sərxan Əliyev (69 kq) Maksim Molodanla (Ukrayna) gərgin keçən görüşdən üstün ayrılıb. O, yarımfinal qarşılaşmasını 3:2 hesabı ilə qazanıb. Boksçumuz həlledici döyüşdə Darxan Dusebayla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.

Kamran Şahsuvarlı (75 kq) yarımfinalda Omurbek Bekjiqitlə (Qırğızıstan) üz-üzə gəlib və 3:2 hesablı qələbə qazanıb. Olimpiya mükafatçımız turnirdə son qarşılaşmasında Veron Fransisko (Argentina) ilə qüvvəsini sınayacaq.

+91 kq çəki dərəcəsində yarışan Məhəmməd Abdullayev Mehmetcan İşıka (Türkiyə) heç bir şans verməyib – 5:0. Təmsilçimiz finalda türkiyəli Berat Açarla döyüşəcək.

Onlardan fərqli, Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) mübarizəni yarımfinalda dayandırıblar. Müvafiq olaraq, qırğızıstanlı Uulu Esenbekə və Mehmet Unala (Türkiyə) məğlub olan boksçularımız yarışı bürünc medalla bitiriblər.

Qeyd edək ki, finallar martın 20-də keçiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar