Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

Teymur Rəcəbov uduzdu, 3-cü yer uğrunda yarışacaq

Tarix: 13-02-2021 10:17     Baxış: 4235 A- / A+
Teymur Rəcəbov uduzdu, 3-cü yer uğrunda yarışacaq

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində yarımfinal mərhələsinin ikinci matçları keçirilib.

Manevr.az apasport.az saytına istinadən məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın yeddinci günündə finalçılar müəyyənləşib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Fevralın 11-də keçirilən ilk matçda 1,5:2,5 hesabı ilə uduzan qrossmeysterimiz ikinci oyunda revanş almaq üçün mübarizə aparsa da, istəyini reallaşdıra bilməyib. İlk 2 görüşdə heç-heçə oynayan qrossmeysterimiz üçüncü qarşılaşmasında məğlubiyyətə üzülüb. Nəticədə 4-cü oyun keçirilməyib və qələbə qazanmaq şansını itirən Rəcəbov 3 matçın yekununa əsasən finala yüksələ bilməyib.

Məğlubiyyətə baxmayaraq, o, 3-cü yer uğrunda yarışacaq. Təmsilçimizin rəqibi digər yarımfinal cütündə Maqnus Karlsenə (Norveç) uduzan Maksim Vaşye-Laqrav (Fransa) olacaq.

Çempion titulu uğrunda görüşdə isə Karlsen Sonu sınağa çəkəcək.

Qeyd edək ki, final və 3-cü yer uğrunda ilk matçlar fevralın 13-də keçiriləcək, turnirə ertəsi gün yekun vurulacaq.

“Opera Euro Rapid”
Yarımfinal, ikinci matç
12 fevral

20:00. Teymur Rəcəbov (Azərbaycan) - Uesli So (ABŞ) - 1:2 (0,5:0,5, 0,5:0,5, 0:1)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar