Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Levon Aronyana qalib gələn Teymur Rəcəbov “Airthings Masters”in çempionu oldu

Tarix: 03-01-2021 21:59     Baxış: 4258 A- / A+
Levon Aronyana qalib gələn Teymur Rəcəbov “Airthings Masters”in çempionu oldu


Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə yekun vurulub.

Manevr.az-ın apasport.az-a istinadən məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov yarışın qalibi adını qazanıb.

34 yaşlı şahmatçı finalda Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib. İlk görüşdə 2,5:1,5 hesabı ilə qələbə qazanan həmyerlimiz bu gün ikinci dueldə də rəqibinə gücünü göstərib. Rəcəbov 3 görüşdən (2:1) sonra çempion tituluna yiyələnib. 4-cü matçın heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb. Çünki Aronyan qalib gələcəyi halda belə qrossmeysterimiz iki günün nəticəsinə əsasən heç-heçə sayəsində də birinci olacaqdı.

Teymur bu qələbə sayəsində 60 min dollar mükafata da sahib olub.

Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib.

Levon Aronyana qalib gələn Teymur Rəcəbov “Airthings Masters”in çempionu oldu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar