Xəbər lenti
Teymur Rəcəbovdan qələbə şərhi – Levon Aronyanın bəhanəsi

“Matç ağır oldu”.
Manevr.az-ın məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.
Təcrübəli qrossmeyster onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final qarşılaşmasının Ermənistan təmsilçisi Levon Aronyanla ilk matçı haqda fikirlərini açıqlayıb. 2,5:1,5 hesabı ilə qalib gələn Teymur ardıcıl 3 heç-heçədən sonra 4-cü partiyada qələbə qazanıb. O, 3-cü görüşdəki çətinliyini gizlətməyib: “Bütün bu oyunlar çox gərgin keçir. 3-cü partiyada mən ağ fiqurlarla demək olar ki, düzgün oynamamışdım”.
Teymur oyun zamanı tez-tez gözünü yumması ilə bağlı suala da aydınlıq gətirib: “Gedişləri hesablayarkən şahmat lövhəsini görməyi sevmirəm”.
Erməni şahmatçı da qarşılaşma barədə danışıb: “Əlbəttə, mən çox məyusam. Oyuna hazırlıq prosesində səhvə yol vermişdim”.
Aronyan finalın sabah keçiriləcək ikinci matçına ümidli olduğunu gizlətməyib: “Daha yaxşı oynamağa çalışacağam. Şansımı qaçırmaq istəmirəm. Planım belədir”.apasport.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































