Sizin Reklam Burada
Xəbər lenti
20-08-2025
19-08-2025
BÜTÜN XƏBƏRLƏR

Messidən maraqlı açıqlamalar: "Barselona"dan gedir?

Tarix: 28-12-2020 09:29     Baxış: 4144 A- / A+
Messidən maraqlı açıqlamalar: "Barselona"dan gedir?


"Barselona"nın kapitanı Lionel Messi Kataloniya klubuna olan sevgisindən danışıb.

Manevr.az xəbər verir ki, argentinalı hücumçu bununla bağlı "La Sexta"ya açıqlamasında deyib:

"Barselona"nı sevirəm, bu komanda mənim həyatımdı. "Barselona" ilə bir sevgi hekayəmiz var, klub mənə hər şeyi verdi. Başa düşürəm ki, klub indi çətin dövr keçirir, çətindi. Bir vaxtlar fəth etdiyimiz yüksəkliklərə qayıtmaq bizim üçün çox çətin olacaq".

Messi karyerası ilə bağlı gələcək planlarından danışıb. 33 yaşlı hücumçu heç bir klubla danışıq aparmadığını və mövsümün sonuna qədər heç nəyin aydın olmadığını bildirib:

"Gəlin görək bundan sonra nə olacaq. "Barselona"dan ayrılıb-ayrılmayacağımı bilmirəm. Bu barədə mövsümün sonunda danışacağıq. Ancaq karyeramı bitirdikdən sonra klubda qalacağıma ümid edirəm".

Ulduz futbolçu "Real" və "Atletiko"da çıxış etməyin mümkünsüz olduğunu sözlərinə əlavə edib:

"Nə vaxtsa ABŞ çempionatında oynamaq istəyirəm. Bu, mənim arzumdu. Ancaq gerçəkləşəcəyini bilmirəm".

Qeyd edək ki, Messi yayda "Barselona"nı tərk etmək istəsə də, klub rəhbərliyi onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar