Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Maradonanın cəsədindən DNT analizi götürəcəklər

Tarix: 18-12-2020 09:46     Baxış: 4151 A- / A+
Maradonanın cəsədindən DNT analizi götürəcəklər


Mərhum futbol nəhəngi Dieqo Maradonanın cəsədindən atalıq testi üçün DNT analizi götürüləcək.


“Reuters Sport” xəbər verir ki, Argentina məhkəməsi artıq bu barədə qərar verib.

Maradonanın vəkili əvvəllər “Reuters” agentliyinə DNT nümunələrinin onsuz da mövcud olduğunu bildirsə də, məhkəmə onun cəsədinin sonradan yandırılmamasına qərar verib. Çünki bu, atalıq testinin müəyyən edilməsi üçün lazım olacaq.

Rəsmi məlumatlara görə, keçmiş futbolçunun beş övladı var. Bundan başqa altı nəfər onun övladı olduğunu iddia edir.

Onlardan biri, 25 yaşlı Maqali Hill iki il əvvəl bioloji atasının Maradona olduğunu öyrəndiyini deyib.

Keçən ay ürək tutmasından ölən Maradona 26 noyabrda Buenos-Ayres yaxınlığındakı bir qəbristanlıqda dəfn edilib./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar