Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Dopinq qəbul edən azərbaycanlı güləşçinin bütün medalları əlindən alınacaq

Tarix: 06-12-2020 12:56     Baxış: 3210 A- / A+
Dopinq qəbul edən azərbaycanlı güləşçinin bütün medalları əlindən alınacaq

Azərbaycanlı sərbəst güləşçi, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Murtuzəli Müslümov (70 kiloqram) dopinq istifadəsində təqsirli bilinərək dörd il müddətinə diskvalifikasiya edilib.

Manevr.az xəbər verir ki, 12 iyul 2019-cu ildə İstanbulda Yaşar Doğunun xatirəsinə təşkil edilən ənənəvi beynəlxalq turnir zamanı Müslümovdan götürülmüş dopinq testinin analiz nümunəsi idmançının orqanizmində Ümumdünya Antidopinq Təşkilatı (WADA) tərəfindən qadağan olunmuş anabolik steroidlər qrupuna daxil olan metabolit drostanolon və oksandrolonun olmasını təsdiq edib.

Yeri gəlmişkən, M.Müslümov sözügedən turnirin qalibi olub.

Nəticədə 27 yaşlı Müslümov 4 il müddətinə diskvalifikasiya edilib. Cəzanın başlama müddəti 12 iyul 2019 tarixi hesab edilib və 11 iyul 2023-cü ilə qədər davam edəcək.

Dünya Güləş Federasiyasının qaydalarına uyğun olaraq, 12 iyul 2019-cu ildən başlayaraq Müslümovun beynəlxalq yarışlarda nümayiş etdirdiyi bütün nəticələr ləğv ediləcək və medallar müsadirə olunacaq./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar